Otorinolarinqologiya bölməsində qulaq, boğaz və burun xəstəliklərinin müayinə və müvafiq müalicələri aparılır. Bölmə tibbi xidmətin yüksək keyfiyyətdə göstərilməsinə imkan verən ən müasir aparat və cihazlarla təchiz olunmuşdur.
Qulaq-burun-boğaz xəstəliklərinin diaqnostikasında endoskopiya, audiometriya, laborator və rentgen diaqnostikası və kompüter tomoqrafiyasının bütün növləri kimi əsas metodlar təqdim edilir.
Burun, Boğaz, Qulaq orqanlarında kəskin və xroniki xəstəliklər, allergik mənşəli yuxarı tənəffüs yollarında rast gəlinən xəstəliklər, bu xəstəliklərin konservativ və cərrahi müalicəsi, həmçinin bu orqanların plastik - rekonstruktiv cərrahi korreksiyası ilə məşğul olur.
Qulaq, burun və boğaz xəstəliklərinin terapevtik və cərrahi müalicəsi xaricdə təhsil almış mütəxəssislər tərəfindən uğurla həyata keçirilir.