Endokrinologiya

Blog Image

Medistyle Hospitalın Endokrinologiya bölməsində bütün endokrin patologiyaların və metabolizmlə bağlı xəstəliklərin müasir metodlarla diaqnostikası və müalicəsi aparılır.

İxtisaslı Endokrinoloqlarımız tərəfindən endokrin orqanların quruluşu, funksiyası, endokrin patologiyalarının müayinə və müalicəsi, həmçinin profilaktikası ən son metodlarla həyata keçirilməkdədir.

Endokrinologiya bölməsində eyni zamanda son standartlara cavab verən hormonal-laborator müayinələr həyata keçirilir.

Endokrin sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki, bütün həyatı vacib proseslərinə rəhbərlik edən bioloji aktiv maddələrdir.

product Image

Endokrinoloq, bütün sistemin işinə nəzarət edir, pozuntuları aşkar edir, hormonların istehsalı ilə əlaqəli patologiyaları müalicə edir və qarşısını alır. Həkim yalnız xəstəlikləri deyil, həmdə gələcəkdə onlardan yarana biləcək problemləri də müalicə edir, məsələn, hormonal tarazlığı düzəldir, normal maddələr mübadiləsini bərpa etmək üçün tədbirlər görür və cinsi disfunksiyanı aradan qaldırır.

product Image

Hətta ən kiçik xəstələrin belə köməyə ehtiyacı ola bilər, çünki Hormonal disbalans uşaqlarda da müşahidə olunur.

Endokrin xəstəliklərin müayinə və müalicəsi təcrübəli həkimlər tərəfindən müasir metod və klinik protokollar əsasında aparılır.

Aysel Əhmədova

Dr

Aysel Əhmədova

Endokrinoloq

Günel Rəcəbova

Dr

Günel Rəcəbova

Endokrinoloq

Samir Şükürov

Dr

Samir Şükürov

Direktor, Endokrinoloq

Müalicə edilən xəstəliklər

  • Piylənmə
  • Osteoparoz
  • Şəkərli diabet
  • Tiroid (qalxanabənzər vəzi)
  • Böyrəküstü vəzi xəstəlikləri
  • Hipofiz, böyrəküstü vəzi xəstəlikləri
  • Qadın və kişi cinsi vəzilərin xəstəlikləri
  • Paratiroid (qalxanabənzər ətraf) xəstəlikləri

İcra edilən prosedur və əməliyyatlar

  • Boyun və Tiroid USM
  • TG yuma (WASH OUT)
  • Kalsitonin yuma (WASH OUT)
  • Paratiroid yuma (WASH OUT)
  • Tiroid düyünlərinin cərrahiyyəsi
  • Boyun Limfa Düyünlərinin Biopsiyası
  • Qalxanabənzər Vəzin İncə İynə Asprirasyon Biopsiyası
  • Radiofrekans ablasiya üsulu ilə düyünlərin aradan qaldırılması