Neyrocərrahiyyə bölməsində ən mürəkkəb beyin-sinir əməliyyatlarını icra etməyə imkan verən cihaz və alətlərlə təchiz olunmuşdur.
Bölmədə uzun illər xarici ölkələrdə ixtisaslaşmış Neyrocərrahlarımız müasir metodlarla bütün növ neyrocərrahi əməliyyatları həyata keçirir. Hospitalımızda baş beyin və onurğa beyin xəstəliklərinin cərrahiyyəsi - cərrahi mikroskop, mikrocərrahi alətlər, ultrasəs aspirator, neyroendoskop və C-qolu rentgenoskopla təchiz olunmuş modern əməliyyatxanalarda həyata keçirilir.
Sinir sistemi xəstəliklərinin cərrahi yolla müalicəsi olan neyrocərrahiyə cərrahiyyə bölmələrindən biridir. Burada beyin və onurğa beyninin patologiyalarının, eləcə də periferik sinir sisteminin patologiyalarının aradan qaldırılması əsas istiqamətlərdir.
Medistyle Hospitalda beyin damarı anevrizmaları, arterio-venoz malformasiya, karotis stenozu, beyin qanamaları zamanı icra olunan mürəkkəb əməliyyatlar, həmçinin onurğa sütununun yırtıqlarının ləğvi və s. kimi cərrahi müdaxilələr üğurla həyata keçirilir.