Ginekoloji paket
48 ₼
Proactively revolutionize granular customer service after pandemic internal or "organic" sources istinctively impact proactive human
ƏtraflıTibbi bölmə
7/24 qeyd olunan nömrələr ilə əlaqə quraraq xidmətlər haqqında məlumat ala bilərsiniz.
Sualınız var? Bizimlə əlaqə qurun!
+994 51 979 00 00 və ya info@msh.az
illik təcrübə
Təcrübə, bacarıq, bilik və insan hüquqlarına hörmətlə 12 ildir xidmətinizdəyik
Mütəxəssis həkimlər
Təcrübəli, öz sahəsində uzman, əzmli komandaya sahibik.
Məmnun pasiyent
Xəstələrimizin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün beynəlxalq standartlara uyğun xidmət göstəririk.
Medistyle Hospital – daima böyüyən, tibbi yenilikləri izləyən komandası, son nəsil texnoloji təchizatlı bölmələri ilə güvənli və yüksək standartlı xidmət göstərən çağdaş bir sağlamlıq mərkəzidir.
Son model müasir tibbi avadanlıqlar
Fasiləsiz və operativ tibbi xidmət
Xaricdə ixtisaslaşmış təcrübəli tibb personalı
Ən müasir müayinə və müalicə metodları
Cərrahi şöbədə plastik cərrahiyyə, qulaq-burun-boğaz cərrahiyyəsi, ginekologiya, urologiya, ortopediya şöbələri fəaliyyət göstərir. Təcili və planlı əməliyyatlar həyata keçirilir.
Laboratriya şöbəsi xarici ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyamızda bütün növ kliniki, pzr, analizlər olunur. Laborator mütəxəssislərimiz bütün testlərə dəqiqlik və yüksək həssaslıqla yanaşır, ən düzgün nəticə üçün diqqətlə yoxlama aparırlar.
Diaqnostika bölməsində KT, MRT, angioqrafiya, rentgen, ultrasəs - doppler müayinəsi, elektrokardioqrafiya, holter, exokardioqrafiya, tredmil test, ezofaqoqastroduedenoskopiya, kolonoskopiya, elektromioqrafiya, elektroensefaloqrafiya, endoskopik rinoskopiya, spirometriya aparatlari quraşdirilmişdir.
Xəstəxanamızda pasiyentlərin rahatlığı və sağlamlığı üçün hər şey tamamilə əskiksiz və qüsursuz şəkildə planlaşdırmışdır.
Medistyle Hospital 2012-cü ildən fəaliyyət göstərir. Hospital ümumi sahəsi 4500 kvm olan 6 mərtəbəni əhatə edir. Xəstəxana geniş profillidir. Medistyle Hospital Poliklinika, əməliyyat bloku, starionar bölmə, intensiv terapiya və terapevtik stasionar şöbədən ibarətdir. Azərbaycan, Rusiya, Türkiyə və Avropada təhsil almış təcrübəli uzman həkimlər geniş maddi-texniki bazaya malik bölmələrdə müvafiq tibbi yardım göstərirlər.
İnsan və sağlamlıq düşüncəsinin işığında yüksək keyfiyyətli, etik, xəstələrin hüquqlarına hörmət edən və pasiyentlərin ehtiyaclarını qarşılamağa istiqamətlənmiş xəstəxanamız beynəlxalq standartlara uyğun tibbi xidmət göstərir.
Bu gün keyfiyyətli tibbi xidmətə tələbat artır, daim özünü təkmilləşdirən və xidmət əhatəsini genişləndirməyə çalışan xəstəxanamız pasiyentlərin sağlamlığını mümkün qədər tez bərpa etmək üçün düzgün diaqnoza və düzgün müalicəyə böyük diqqət göstərir.
Medistyle Hospital Türkiyə, Rusiya, Almaniya, İtaliya kimi ölkələrin klinikaları ilə əməkdaşlıq edir. Klinikada həmçinin elmi-praktik məşğələlərin və təlimlərin keçirilməsi üçün 80 nəfərlik konfrans zali, birbaşa əməliyyatxanadan görüntü ilə təmin olunmuş 2 ədəd 12 nəfərlik təlim mərkəzi fəaliyyət göstərir.
Tibbi heyətimiz kimliyindən, cinsindən, dinindən və irqindən asılı olmayaraq hər kəsə tibbi etika prinsipləri çərçivəsində keyfiyyətli tibbi xidmət göstərməyə çalışır. Medistyle Hospital bütün bu xüsusiyyətləri ilə ölkədə aparıcı tibb müəssisələrindən olmaq üçün çalışır.
Pasiyent məmnuniyyətini də hər zaman ən üst səviyyədə saxlamağa çalışacağıq
Çox yaxşı, savadlı həkimləriniz var. Təmkinlə, anlayışla xəstələri ilə məşğul olurlar
Çox savadlı, hər xəstəyə can yandıran həkim kollektiviniz var, həmdə uyğun qiymərlərlə işlədiyinizə şahid olduq.
Bugün Kardioloq Afaq xanımın qəbulunda olduq. Insan ve hekim kimi evezsiz xanim Afaq Doktor!!! Var olun doktor, dualarimiz Sizinle ve Size serait yaradan Medistyle hospitalladir.
Medistyle Hospitalda yaxından tanıdığım və şəhərin say seçmə həkimləri işləyir.
Xəstəxananın çox peşəkar həkim heyəti mehriban kollektivi var. Belə də davam edin Uğurlar.
Ümumi hədəflərə çatmaq üçün bir sıra yerli və beynəlxalq şirkətlərlə uğurla tərəfdaşlıq edirik. Bu saytın məqsədi tibbi xidmətlərə əlçatanlığı asanlaşdırmaqdır.