4 Декабрь

Qida borusu şişlərinin ən müasir müalicəsi

Qida borusu şişlərinin Uzman cərrahlar tərəfindən ən müasir tibbi yöntəmlərlə müalicəsi MediStyle Hospitalda.

Son zamanlar Qida borusu (ezofagus) şişləri daha çox müşahidə olunmaqdadır. Bu tip xəstəliklərin müalicəsi çətin olmasına baxmayaraq, Müasir tibbdə yaranan yeni metodlar sayəsində, əməliyyatların nəticəsi effektiv olur. 

Ezofagus xərçənginin əsas müalicəsi cərrahi əməliyyatdır, bu əməliyyatlarda ən uğurlu və dünyada rəğbət qazanmış yöntəm – yemək borusunun şişlə bərabər çıxarılması və mədədən yaradılan borunun transpozisiyasıdır. Bu əməliyyat çox çətin və ağır əməliyyatlardan sayılır, çünki əməliyyat həm qarın boşluğu , həmdə döş qəfəsində aparılır. Bu səbəbdən də əməliyyat olunmuş pasientdə AĞIRLASMA RİSKLƏRİ YÜKSƏKDİR. 

Bu ağırlaşmaları və əməliyyat sonrası ölüm riskini azaltmaq üçün, son illərdə dünyanın inkişaf etmiş tibb mərkəzlərində bu əməliyyatlar artıq laparaskopik-torakoskopik metodla icra edilir.

Qida borusu şişi olan 76 yaşlı pasientimizə MediStyle Hospitalda laparaskopik metodla bu əməliyyat uğurla tətbiq olundu. Əməliyyat iki cərrah komandanın ( Abdominal Uzman Dr. İlqar İsmayılov, Dr. Elgün Səmədov, torakal Uzman Dr. Elmar Mamedov, Dr. Vüqar Cəfərov )birgə əməyi sayəsində icra edildi.