Nefrologiya

Nefrologiya  bölümündə ən yeni və müasir avadanlıqlarla təchiz edilərək, Xaricdə mütəxəssisləşmiş  Həkimlərimiz  tərəfindən  Nefroloji konsultasiyalar, böyrək xəstəliklərinin diaqnostikası və müalicəsi, eyni zamanda böyrək biopsiyaları aparılır.

Böyrəklər insan organizmin vacib organlarından biridir. Böyrəklər daxili maddələrin balansını tənzimləyən və toksiki metabolizm məhsullarını kənarlaşdıran orqanlardır. Böyrəklərin müxtəlif iltihabı, eləcə də bəzi irsi, infeksion, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, şəkərli diabetin və cərrahi müdaxilələrin ağırlaşmaları və bir sıra digər xəstəliklər çox vaxt kəskin və ya xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. 

Diaqnostika

  • Qanın və sidiyin ümümi analizi
  • Qanın və sidiyin biokimyəvi analizləri
  • Böyrək profili və YFS (yumaqcıqların filtrasiya sürəti)
  • MRT (maqnit rezonans tomoqrafiyası)
  • KT (kompüter tomoqrafiyası)
  • Rentgen müayinə
  • Nefrobiopsiya

Müxtəlif böyrək patalogiyalarında aparılan müalicə və prosedurlar

  • Qlomerulonefritlər
  • Renovaskulyar hipertenziya
  • Sistem xəstəlikləri zamanı böyrəklərin zədələnməsi
  • Diabetik nefropatiya
  • Böyrəkdaşı xəstəlikləri
  • Pielonefrit
  • Kəskin böyrək çatışmazlığı (KBÇ)
  • Xroniki böyrək çatışmazlığının (XBÇ) erkən diaqnostikası və profilaktikası
  • Əvəzedici böyrək müalicəsinə xəstənin hazırlanması
  • Hemodializ üçün mərkəzi damarların kateterizasiyası
  • Arterio-Venoz fistulanın qoyulması
Ad, Soyad Otaq №-si Qəbul vaxtı

Bu form vasitəsilə siz öndəcədən həkim ilə görüş təyin edə bilərsiniz. Bunu etmək üçün xahiş edirik randevu formunun xanələrini doldurasınız. Form doldurulub göndərildikdən qısa müddət sonra bizim koordinatorlar sizinlə əlaqə saxlayıb sizə randevu saatı ilə əlaqədar ətraflı məlumat verəcəklər. Bu xidmətimizdən istifadə etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.