Ürək-damar cərrahiyyəsi

Hospitalımızın Ümumi Cərrahiyyə bölümündə Türkiyə və Almaniyada ixtisas almış professor və uzman həkimlərdən ibarət cərrahi komanda bütün növ açıq və laporoskopik əməliyyatlarını uğurla həyata keçirir.

Müasir dövrdə  ürək-damar xəstəlikləri artıq bir çoxlarımızı narahat edən problemlərdəndir, buna əlbətdəki yaşam tərzimiz böyük təsir göstərməkdədir.Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı yeməklər yerinə bol yağlı yemək növlərinin seçilməsi),sürətli şəhərləşmənin və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress, artan siqaret alışqanlığı bəzən hətta ölümlə nəticələnən ürək damar xəstəlikərinin səbəblərindəndir.

MediStyle Hospitalda Ürək-damar cərrahiyyəsi bölümündə ürək-damar xəstəlikərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatlar xaricdə mütəxəssiləşmiş profesional həkimlərimiz tərəfindən  müvəffəqiyyətlə həyata keçirilir.

Ürək-Damar Cərrahiyyəsi bölümündə göstərilən tibbi xidmətlər:

  • Abdominal aorta anevrizmaları zamanı anevrizmektomiya
  • Aorta-bifemoral protezlənməsi
  • Periferik arteriyaların autovenoz şuntlanması (bypass)
  • Karotid endarterektomiya,arterioplastika
  • Periferik arteriyalardan endarterektomiya,trombembolektomiya
  • Torakal və Lumbar simpatektomiya
  • Anadangəlmə angiodisplaziyaların cərrahi korreksiyası
  • Fleboloji əməliyyatlar: flebektomiya, Linton əməliyyatı
  • Filayaqlılıq və limfodemalar zamanı-dermolipofassioektomiya
  • Hemodializ xəstələrinə arterio-venoz fistulların qoyulması
  • Damar-sinir-vətər  zədələnmələri zamanı anatomik strukturların bərpası
  • Ətraf və ya seqmentlərin replantasiyası
  • Boyun,bazu sinir kələfinin zədələnmələrində neyrorafiya,nevroliz
  • Periferik sinirlərin neyrorafiyası,autoneyroplastika
  • Dəri plastikası,yumşaq toxuma defektlərinin damar ayaqcıqlı loskutlarla bağlanması və s.
Ad, Soyad Otaq №-si Qəbul vaxtı
T.e.n Dr. Azər Abdullayev 09:30-17:00

Bu form vasitəsilə siz öndəcədən həkim ilə görüş təyin edə bilərsiniz. Bunu etmək üçün xahiş edirik randevu formunun xanələrini doldurasınız. Form doldurulub göndərildikdən qısa müddət sonra bizim koordinatorlar sizinlə əlaqə saxlayıb sizə randevu saatı ilə əlaqədar ətraflı məlumat verəcəklər. Bu xidmətimizdən istifadə etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.