Ümumi cərrahiyyə

Hospitalımızın Ümumi Cərrahiyyə bölümündə Türkiyə və Almaniyada ixtisas almış professor və uzman həkimlərdən ibarət cərrahi komanda bütün növ açıq və laporoskopik əməliyyatlarını uğurla həyata keçirir.

Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər

  • Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri
  • Qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri
  • Yoğun və düz bağırsaq xəstəlikləri
  • Yogun bağırsağın qeyri- spesifik iltihabi xəstəlikləri
  • Həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri
  • Peritonarxası sahə və çanaq törəmələri
  • Anal bölgənin xəstəlikləri
  • Yırtıqlar
  • Qalxanabənzər vəzin xəstəlikləri
  • Virus hepatitləri

 Ümumi cərrahiyyə bölümündə həyata keçirilən cərrahi əməliyyatlar

  • Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər,kistalar, exinokokk, abseslər və s.) zamanı edilən əməliyyatlar
  • Qaraciyərin bədxassəli törəmələrinin Radiotezlikli ablasiyası
  • Qaraciyər sirrozlarının cərrahi müalicəsi (damar şuntlama əməliyyatları)
  • Qaraciyərin USM altında iynə biopsiyası
  • Virus hepatitlərinin müalicəsi
  • Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatlar (əməliyyatdaxili USM, öd yollarının vizual (xolangioskopiya) və rentgenolioji (xolangioqrafiya) kontrolu)
  • Mədəaltı vəzin tam və hissəvi çıxarılması
  • Dalağın açıq və laparoskopik yolla tam və ya hissəvi çıxarılması
  • Mədənin, qida borusunun tam və hissəvi çıxarılması (tikiş apparatlarının istifadəsi ilə)
  • Diafraqma yırtıqlarının laparoskopik təmiri
  • Laparoskopik appendektomiya
  • Diaqnostik laparoskopiya və torakoskopiya
  • Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar (tikiş apparatlarının istifadəsi ilə)
  • Yırtıqların açıq və laparoskopik üsulla təmiri
  • Abdominoplastika
  • Peritonarxası sahənin kistoz törəmələrinin (o cümlədən təkrarlanan) radikal çıxarılması
  • Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması
  • Babasil düyünlərinə lateks həlqələrinin qoyulması
  • Hemorroidektomiya
  • Pararektal fistulların ləğvi
  • Anal çatın cərrahi müalicəsi
  • Rektoskopiya
Ad, Soyad Otaq №-si Qəbul vaxtı
Dr. Hacı Lətifov

Bu form vasitəsilə siz öndəcədən həkim ilə görüş təyin edə bilərsiniz. Bunu etmək üçün xahiş edirik randevu formunun xanələrini doldurasınız. Form doldurulub göndərildikdən qısa müddət sonra bizim koordinatorlar sizinlə əlaqə saxlayıb sizə randevu saatı ilə əlaqədar ətraflı məlumat verəcəklər. Bu xidmətimizdən istifadə etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.