Qastroenterologiya

Qastroenterologiya  –  tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir.

Hospitalımızın qastroenterologiya bölümündə ən müasir diaqnostik qastroentroloji avadanlıqlarla təhciz olunmuşdur. Mədə bağırsaq sisteminin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostikası, müalicəsi və profilaktikası, Türkiyədə təhsil almış qastroentroloji mütəxəssisləri tərəfindən aparılır.

Bəzi pasientlərin ağrıdan qorxusunu və həssaslığını nəzərə alaraq MediStyle Hospitalda bütün müayinələr və müalicəvi prosedurlar tam ağrısız şəraitdə aparılır. İstifadə olunan endoskopik cihazlar və bütün aksesuarlar hər prosedur sonrası xüsusi kimyəvi vasitələrlə sterilizə edilərək, antibakterial mühit yaradan və endoskoplar ücün nəzərdə tutulmuş dolabda saxlanılır.

Ümumi xidmətlər

  • Ezofaqoqastroduodenoskopiya (qida borusu, mədə və onikibarmaq bağırsağın video endoskop vasitəsi ilə görüntülənməsi)
  • Kolonoskopiya (yoğun bağırsağın bütün şöbələrinin video endoskopla görüntülənməsi)
  • Ezofaqus varikozunun elastik həlqələnməsı (yemək borusunda yaranan genişlənmiş,qanamaya meyilli damarların elastik həlqə ilə bağlanması)
  • Qanamalarda skleroterapiya (qanayan sahəyə endoskopik olaraq qansaxlayıcı maddənin inyeksiya edilməsi)
  • Qanamalarda koauqulyasiya terapiyası
  • Daralmaların balon/buji ilə dilatasiyası (xoşxassəli darlıqların aradan qaldırılması üçün darlıq sahəsinin balon və ya buji seti ilə ləğv edilməsi)
  • Daralmalarda stentlərin yerləşdirilməsi (yemək borusu, mədə, onikibarmaq bağırsağın əməliyyat etmə imkanı olmayan şişlərində, qida keçidinə şərait yaratmaq məqsədi ilə stentlərin (şişi orqanın divarına sıxaraq, içərisində boşluq yaradan vasitənin)) yerləşdirilməsi
  • Polipektomiya (poliplərin uzaqlaşdırılması)
  • Mədə, yemək borusu, bağırsaqlardan yad cisimlərin çıxarılması
  • Endoskopik perkutan qastrostomiya (udma aktı tam pozulmuş və ya massiv şiş törəməsi olan pasientlərə endoskopik olaraq (heç bir cərrahi əməliyyata məruz qoymadan) mədəyə dəridən keçərək qidalandırıcı zondunun yerləşdirilməsi)

ERCP - Endoskopik Retroqrad Xolanjiopankreatografiya

ERCP nədir?
Bu prosedur ümumi öd axarının görüntülənməsi, problemin yerinin müəyyən edilməsi və həmin problemin aradan qaldırılması üçün istifadə olunur. ERCP eyni zamanda ağrı səbəbinin aşkarlanmasına və cərrahi əməliyyatın planlaşdırılmasına yardım edir. Bu üsul vasitəsi ilə, ümumi öd axarında olan daşlar cərrahi kəsik aparılmadan uzaqlaşdırılır.

Diaqnostik ERCP

  • Ümumi öd axarından (xoledoxdan) balon/səbətlə daşın çıxarılması
  • Endoskopik üsulla öd yollarındaki darlıqların aradan qaldırılması (biliar dilatasiya)
  • Endoskopik üsulla öd yollarına endoprotezlərin yerləşdirilməsi
  • Mexaniki üsulla böyük ölçülü daşların parçalanması (litotripsiya)
  • Nazobiliar/pankreatik drenajın yerləşdirilməsi
  • Biliar fırça biopsiyası

Hepatologiya

Qaraciyər orqanizmin ən böyük, mürəkkəb və çoxfunksiyalı orqanıdır. O orqanizmin aşağıdakı funksiyaları yerinə gətirən önəmli laboratoriyadır:

  • Enerji deposu
  • Vitamin, dəmir və digər mineral mənbəyi
  • Protein, qanın laxtalanma faktorlarını sintez edən
  • Öd əmələ gətirən ( bu da həzm prosesi üçün zəruridir.)
  • Dərmanları və alkoqolu metabolizə edən və.s.

Qaraciyər orqanizmin bütün yükünü üzərində daşıyır, lakin nadirən şikayət edir. Bu onun özünü reqenerasiya etmə qabiliyyəti ilə əlaqəlidir. Amma bunun da həddi var. Qaraciyər patologiyaları xəstələrdə  nadirən  şikayət yaratdığından, xəstələr həkimə gecikmiş fazda müraciət edir.

Diaqnostika

  • USM, KT, ERCP, MRCP,  anqioqrafiya, dopler USM
  • Genetik qaraciyər xəstəliklərinin laborator diaqnostikası
  • Qaraciyər, öd yollarının biopsiyası

Terapiya

  • Müasir medikamentoz terapiya
  • Qaraciyərin bədxassəli şişlərin sklerozlaşdırılması
  • Qaraciyərin kistik zədələnmələrinin, abseslərin dəri üzərindən müalicəsi
  • Ad, Soyad Otaq №-si Qəbul vaxtı
    Dr. Aqil Ağakişiyev 208 09:00 - 18:00
    Dr. Cəfərova Mətanət
    Dr. Tağıyev Nicat 09:30-17:00

    Bu form vasitəsilə siz öndəcədən həkim ilə görüş təyin edə bilərsiniz. Bunu etmək üçün xahiş edirik randevu formunun xanələrini doldurasınız. Form doldurulub göndərildikdən qısa müddət sonra bizim koordinatorlar sizinlə əlaqə saxlayıb sizə randevu saatı ilə əlaqədar ətraflı məlumat verəcəklər. Bu xidmətimizdən istifadə etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.