Psixonevroloji Sağlamliq Mərkəzi

MediStyle Psixonevroloji Sağlamlıq Mərkəzi 9 iyul 2013-cü il tarixində təsis olunaraq xidmətinizə verilmişdir. Mərkəzimizin yaranmasında əsas məqsəd ölkəmizdə psixiatriya elmi ilə bağlı mövcud stereotipləri dağıtmaq və xaricdə təhsil almış peşəkar həkimlərimizin köməkliyi ilə elmin bu sahəsinin sizlərə fayda gətirməsinə səy göstərməkdir.

Uşaq Psixoloji Xidmətləri

Uşaq Psixoloji Xidmətləri 3-12 yaş arası, ailə, məktəb və olduğu digər mühitlərdə adaptasiya və davranış problemləri olan və bu səbəbdən də münasibətlərində çətinlik yaranan uşaqlara istiqamətlənib. Bu məqsədlə psixoloji məsləhət və psixoloji terapiya xidmətləri verilir.  Psixoloji məsləhət və terapiya həm uşağa, həm də ailəyə istiqamətlənə bilər.

Uşaq Psixoloji Xidmətlərimiz uşaqlarda bu problemlərin aradan qaldırılmasına istiqamətlənib:

  • Sosial inkişaf problemləri – öz hisslərini dəyərləndirə və ifadə edə bilməmək, özündən gözlənilənləri anlaya bilməmək, digər insanların hiss və düşüncələrini anlamaqda çətinlik çəkmək, yaşadıqları hadisələrdən nəticə çıxara bilməmək
  • Davranış pozuntuları – barmaq əmmə, dırnaq yemə, yemək pozuntuları, iştahsızlıq, qusma, yuxu pozuntuları, cinsi orqanla oynama, özünəqapanma, oğurluq, yalan danışma,  hədsiz hərəkətli olmaq, aqressiya, inadkarlıq, asılılıq, psixoloji əsaslı kəkələmə
  • Koqnitiv inkişaf problemləri – diqqət, hafizə, qavrayış, təfəkkürün korreksiyası
  • Cinsi inkişafla bağlı problemlər
  • Emosional pozuntular
  • Enurez  (qeyri-iradi sidik ifrazı)
  • Enkoprezis (qeyri-iradi nəcis ifrazı)
  • Tiklər
  • Obsessiyalar (təkrarlana düşüncələr)
  • Depressiya
  • Diqqət əskikliyi və hiperaktivlik
  • Disleksiya (oxuma və yazma pozuntusu olub, sözləri sürətlə və düzgün şəkildə tanımağa qeyri-qabillikdir)
  • Qorxu
  • Utancaqlıq
  • Cinsi, fiziki, psixoloji zorakılığa məruz qalmaq
  • Ünsiyyət çətinlikləri
  • Həyəcanlılıq
  • Məktəb fobiyası, məktəbə uyğunlaşa bilməmək
  • Ana - ata - uşaq münasibətində yaranan çətinliklər
  • Özünəinam hissinin adekvat olmaması
  • Öyrənmə çətinlikləri
  • Motivasiya problemləri
  • Zamanı planlaşdıra bilməmək
  • Təlim müvəffəqiyyətsizliyi

Valideynlərə uşaqları ilə bağlı verdiyimiz Psixoloji Xidmətlər:

  • Uşaqları tanıma və anlama mövzusunda konsultasiya
  • Valideynlərə uşağa istiqamətlənmiş tərbiyə üsullarının müəyyənləşdirilməsi və  bu üsulların uşağa tətbiq olunması mövzusunda konsultasiya
  • Ər-arvad münasibətlərinin uşağa olan təsirləri mövzusunda maarifləndimə və konsultasiya
  • Ailə terapiyası

Uşaq Psixoloji Xidmətinin mərhələləri:

  • Uşağın yaşadığı problemin və ya çətinliyin səbəbinin araşdırılması məqsədi ilə ilkin görüş (1 seans)
  • Ailə görüşü (1 seans)
  • Proyektiv test və texnikaların tətbiqi (1-2 seans)
  • Oyun zamanı ailə-uşaq münasibətlərini tanımaq və anlamaq (1-2 seans)
  • Oyun zamanı uşağı tanımaq, anlamaq (1-2 seans)
  • Oyun terapiyası (alternativ olaraq, rəsm terapiyası, nağıl terapiyası, musiqi terapiyası, qum terapiyası, dram terapiyası) (5-9 seans)
  • Ailə konsultasiyası (1 seans)

Psixiatrik Xidmətlər:

  • Psixolojı  durumun  qiymətləndirilməsi;
  • Psixolojı  vəziyyətin, kliniki  əlamət və simptomların psixiatrik  muayinəsi;
  • Affektiv (əhval-ruhiyyə) pozuntuların  diaqnostikası, psixiatrik reytinq cədvəlləri  üzrə  qiymətləndirilməsi və müalicəsi;
  • Depressiya
  • Maniya
  • Bipolyar affektiv pozuntu və s.
  • Nevrotik pozuntuların diaqnostikası ,şkalalar üzrə dəyərləndirilməsi və müalicəsi;
  • Panik atak
  • Generalizə olunmuş həyəcan pozuntuları
  • Sosial fobiya
  • Aqorafobiya
  • Digər fobik həyəcan pozuntuları
  • Obsessiv-kompulsiv (sayrışan hallar nevrozu) pozuntusu
  • Posttravmatik stress və adaptasiya pozuntuları
  • Dissosiativ - konversion pozuntusu (isterik nevroz)
  • Somatizə olunmuş pozuntuların diaqnostika və müalicəsi ( funskional ağrılar, qaşınmalar, meteorizm, ürəkdöyünmə, keyləşmə, boğulmalar və s. )
  • Qida qəbulu pozuntularının səbəblərin aydınlaşdırılması, ağırlıq  dərəcəsinin müəyyən edilməsi və müalicəsi (bulimiya, anoreksiya  ve s.)
  • Qeyri orqanik mənşəli yuxu pozuntuları və baş ağrılarının müalicə ve profilaktikası
  • Doğuşdan sonrakı depressiya və psixotik pozuntuların diaqnostika və müalicəsi
  • Şizofreniya, şizoaffektiv  və sayıqlama pozuntularının kliniki əlamətləri və simptomların aydınlaşdırılması, differensial diaqnostikası, müalicəsi və qoruyucu terapiyası
  • Demensiyalar, onların mənşəyinin funksional və instrumental müayinə metodları vasitəsi ilə müəyyənləşdirilməsi, proqressivləşməsinin qarşısın alan və saxlayıcı terapiyanın aparılması.

Uşaq, yeniyetmə və böyüklər üçün nevroloji xidmətlər

  • Premature (vaxtından öncə doğulmuş uşaqların) nevroloji və psixo-fiziki inkişafının təqibi, həmçinin gestasiyon yəni hamiləlik yaşına görə uşaqların sonrakı inkişafının təqibi. 
  • Epilepsiya və epilepsiyaya bənzər xoş xassəli pozğunluqların ayırımı, diaqnostika və müalicəsi. Febril (qızdırma fonunda) olan qıcolmaların afebril (qızdırmasız) qıcolmaya keçmə ehtimalının müəyyən edilməsi və təqibi. 
  • Yuxu pozğuzluqlarının (gecə terroru, gecə kabusunun, gecələr olan qıcolma formaları ,yuxu apnesi ,narkolepsi, katapleksi, rahatsız ayaq sindormu ,enurez və s.) diaqnostika və müalicəsi. 
  • Qəflətən baş verən şüur dəyişiklikliyi vəziyyətlərinin ( huşun azalması və ya artması ) nevroloji və psixiatrik yönlərinin araşdırilması və müalicəsi 
  • Baş ağrıları səbəbinin müəyyənləşdirilməsi. Miqrendə atakların və atakarası dövrdə profilaktik müailcə. 
  • Psixomotor inkişafin-nitq,davranış, hərəkət gecikməsinin səbəbinin araşdırılması. 
  • Hipotonik (süst,ləms) uşağın dəyərləndirilməsi. 
  • Sinir -əzələ xəstəliklərinin –miotoniya və miopatiyaların aşkar edilərək diaqnozun dəqiqləşdirilməsi və xəstənin istiqamətləndirilməsi. 
  • Hissi və avtonom pozğunluqların, neyropatiyaların dəyərləndirilməsi. 
  • Yeriş pozğunluqlarının dəqiq diaqnostikasi və səbəbinin aşkarlanması.
  • Hərəkət pozğunluqları –qeyri-iradi hərəkətlər ,stereotipik hərəkətlər, tiklər, tremor və.s səbəbinin araşdırılması, xəstənin müalicəsi.
  • Parez və plegiyaların səbəblərinin araşdırılaraq xəstənin dəyərləndirilməsi.
  • USİ (uşaq serebral iflici) uşaqlarda xəstəliyin formasının aşkar edilməsi və xəstənin dəyərləndirilməsi. 
  • Gözün hərəkət pozğunluqlarının göz qapağının düşməsi-ptoz və həmçinin nistaqmın ilkin olaraq dəyərləndirilməsi. 
  • Başın həcmi və biçim pozğunluqlarının baş dairəsinin makrosefaliya, mikrosefaliya, hidrosefaliya ilk dəyərləndirilməsi və risk qrupunda olan patsientlərin təqibi. 
  • Mərkəzi və periferik baş dönmə (vertiqo) səbəbinin müəyyənləşdirilməsi və müailəcəsi.
Ad, Soyad Otaq №-si Qəbul vaxtı
Dr. Rima İbadova 09:00-15:00(I, III, IV, VI ), 15:00-18:00 (II və V)

Bu form vasitəsilə siz öndəcədən həkim ilə görüş təyin edə bilərsiniz. Bunu etmək üçün xahiş edirik randevu formunun xanələrini doldurasınız. Form doldurulub göndərildikdən qısa müddət sonra bizim koordinatorlar sizinlə əlaqə saxlayıb sizə randevu saatı ilə əlaqədar ətraflı məlumat verəcəklər. Bu xidmətimizdən istifadə etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.