17 Sentyabr

Koronavirus sonrası dəyərləndirmə proqramı

Koronavirus diaqnozu qoyulmuş şəxslər 4 həftə sonra təklif etdiyimiz ümumi dəyərləndirmə proqramından yararlana bilərlər.

Dəyərləndirmə proqramının məqsədi, Post Kovid sindromunun (koronavirus sonrası davam edən şikayətlər) qarşısını almaqdır!

"Koronavirus sonrası dəyərləndirmə proqramı"-na daxili orqanların ətraflı müayinəsi və geniş miqyaslı təhlillər daxildir.

Proqrama daxil olan müayinələr:

  • Ağciyərlərin rentgeni və ya Torakal (döş qəfəsi) KT
  • Ağciyərlərin funksional testləri
  • EKG, EXO-KG
  • USM (abdominal)

Proqrama daxil olan qan testləri:

  • Hemogram, Srz
  • Glukoza
  • Ferritin
  • Koaquloqramma
  • D- dimer
  • Troponin
  • Kreatinin, qalıq N
  • Alat, Asat, Alp
  • Pankreatik amilaza

Bu müayinələrin hər biri yalnız həkim məsləhəti olduqdan sonra həyata keçirilməlidir.

"Koronavirus sonrası dəyərləndirmə proqramı" üçün Terapevt, Qastroenteroloq-Hepatoloq Dr. Mətanət Cəfərovaya müraciət edə bilərsiniz.

Bizimlə əlaqə üçün:
012 979
051 979 00 00