15 Sentyabr

Covid_19 sonrası davam edən şikayətlər (Post Kovid sindromu)

Pandemiyanın əvvəlində virusdan sağalma müddəti yüngül keçirənlərdə 2 həftə, ağır keçirənlərdə 4-6 həftə idisə, bu gün 3-6 aya qədər şikayətlər davam edir.

Hazırda 80 milyondan çox insan, şikayətlərin aylayla uzanması nəticəsində yaranan Uzanmış Covid və ya Post Covid sindromundan əziyyət çəkir.

Virusun bu cür uzunmüddətli təsiri insanın genetik quruluşu, yaşı, xroniki xəstəlikləri, virusun dozası, immun sistemi və dərmanların təsirinin fərqli olmasından irəli gəlir.

Post Kovid sindromunda görülən şikayətlər:

  • Başgicəllənmə
  • Tərləmə
  • Ürəkbulanma
  • Halsızlıq, tez yorulma, baş ağrısı
  • Öskürək, nəfəs darlığı
  • Uzunmüddət davam edən ishal
  • Əzələ-sümük ağrısı
  • Ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində ağrı
  • Qoxu və dadbilmənin itməsi yaxud təhrif olunması
  • Depressiya və panik atak
  • Uzunmüddətli davam edən qızdırma
  • Sidik ifrazının ləngiməsi
  • Sağ qabırğa altında ağrı
  • Arterial təzyiq və qan şəkərinin yüksəlməsi
  • Diqqət əskikliyi, yaddaş problemləri
  • Gözlərdə problemlər
  • Saç tökülməsi, dəri problemləri (səpgilər)

Kimlərdə Post Kovid sindromu riski daha yüksəkdir?

Post Kovid sindromu xəstəliyi yüngül yaxud ağır keçirməyindən asılı olmayaq hər yaş qrupunda və hər bir xəstədə müşahidə oluna bilər.

Bizimlə əlaqə üçün:
012 979
051 979 00 00