14 Sentyabr

Hansı vəziyyətdə sidik axarı daşlarına müdaxilə etmək lazımdır?

Sidik axarında olan daşların demək olar ki hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır.

Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır (qanlı sidik). Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətiylə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir.

Sidik axarında hər hansı bir darlıq və ya anomaliya olmayanda ölçüsü 4-5 mm olan sidik axarı daşları özləri düşə bilir.

Sidik axarı daşlarına nə zaman müdaxilə etmək lazımdı?

Hər hansı bir müdaxilə qərarı verməzdən öncə böyrəyin ümumi vəziyyətinə baxmaq lazımdır. Əgər böyrəkdə hər hansı bir infeksiya, ciddi dərəcədə böyrək genişlənməsi varsa, tək böyrəkli insanlarda və ya digər böyrəkdə funksiya pozğunluğu olarsa müdaxilə etmək lazımdir. Tam sidik axarı tutulması varsa,qısa zaman ərzində təcili müdaxilə etmək lazımdir, əks təqdirdə gəcikərsə böyrəkdə geri dönməz dəyişiklik yaranar.

Uroloq-androloq DR. İSMAYIL HÜSEYNOV tərəfindən bütün növ uroloji-androloji xəstəliklərin düzgün diaqnozu və müasir metodlarla müalicəsi həyata keçirilir.

Bizimlə əlaqə üçün:
012 979
051 979 00 00