13 Sentyabr

Tiroid problemi (zob) olan qadınlar hamilə qala bilərmi?

Qarşısı alınmayan qalxanvari vəz hormonu pozğunluqları qadınlarda və kişilərdə sonsuzluq yarada bilər. Qalxanabənzər vəzi xəstəlikləri qadınlarda menstrual tsikli və ovulyasiyanı (yumurtlama) pozaraq hamiləliyə mane olur.

Hipotiroidizmi olan qadınların 23.4%-də menstrual nizamsızlıq müşahidə olunur.
Qalxanabənzər vəzi normadan az işləyən qadınlarda cinsi istək azaldığı üçün ovulyasiya pozulur və hamilə qalma şansı azalır. Yüngül qalxanabənzər vəzin çatışmazlığı olan qadınlar (sadəcə TSH hormonu yüksək, T3 və T4 hormonu normal olanlar) hamilə qalsalar da, düşmə riski yüksəkdir.
Hamilə qala bilməyən qadınlarda TSH, sərbəst T3, sərbəst T4 və anti-TPO (tireoperioksidazaya qarşı anticisimlər) yoxlanılmalıdır.

Medistyle Hospitalın Endokrinoloqu Dr. Nadirə Ağazadə tərəfindən bütün növ endokrinoloji xəstəliklərin müayinə və müalicəsi uğurla həyata keçirilir.

Bizimlə əlaqə üçün:
012 979
051 979 00 00